• Bakı C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Cari ildə 6 yeni peşə ixtisasının tanınması həyata keçirilib

DÜNYA

25 Dekabr 2024 | 11:37

Cari ildə 6 yeni peşə ixtisasının tanınması həyata keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) cari ildə qeyri-formal və informal təcrübənin tanınmasını həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Tural Əhmədov media üçün illik hesabat görüşündə deyib.

Onun sözlərinə görə, 2024-cü il ərzində TKTA tərəfindən 6 yeni peşə ixtisası (“Avtomobil mühərrikləri yığıcısı”, “Kargüzar”, “Mühafizəçi”, “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “İnşaat ustası”) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib:

“Qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb”.

T.Əhmədov bildirib ki, cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib:

“Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.


SON XƏBƏRLƏR