• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tailandda 350-dən çox məktəb bağlandı - SƏBƏB

DÜNYA

24 Yanvar 2025 | 11:17

Tailandda 350-dən çox məktəb bağlandı - SƏBƏB

Tailandın paytaxtı Banqkokda hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən 350-dən çox məktəb bağlanıb.

Bakıvaxtı.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə bu gün şəhər hakimiyyəti məlumat yayıb.

Məlumata görə, şəhər hakimiyyəti 352 məktəbin bağlanmasına icazə verib. İnsanlara evdən işləmək tövsiyə edilib.

Paytaxtın qubernatoru bildirib ki, çirklənmənin artmasına səbəb zibilin mövsümi yandırılmasıdır.

İsveçrənin “IQAir” şirkətinin dünyanın ən çirklənmiş şəhərləri reytinqində yeddinci yeri Banqkok tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026