• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağ Ev: Kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir

DÜNYA

24 Yanvar 2025 | 10:57

Ağ Ev: Kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir

ABŞ-də miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat çərçivəsində terrorda şübhəli bilinən şəxs də daxil olmaqla 538 qanunsuz miqrant saxlanılıb və yüzlərlə miqrant deportasiya edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib.

"Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir", - o bildirib.

Mətbuat katibi miqrantların hara deportasiya edildiyini açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026