Rusiyada zəlzələ baş verib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Dağıstanda 4,2 bal gücündə baş verən zəlzələnin episentri Dərbənddən təxminən 60 kilometr cənubda yerləşir.
Zəlzələnin ocağı 57 kilometr dərinlikdə olub. Mümkün zərər barədə məlumat yoxdur.
Mina Mikayılova