• Bakı 25° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

 Təyyarənin qəzaya uğraması ilə əlaqədar yardım göstərməyə hazırıq - Sergey Məlikov

DÜNYA

25 Dekabr 2024 | 13:18

 Təyyarənin qəzaya uğraması ilə əlaqədar yardım göstərməyə hazırıq - Sergey Məlikov

Dağıstan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar hər cür lazımi yardım göstərməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov sosial şəbəkələrdə bildirib.

"Bu qəzada yaxınlarını və əzizlərini itirənlərə səmimi qəlbdən başsağlığı verirəm. Sizinlə birlikdə kədərlənir və dərdinizə şərik oluruq. Xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Dağıstan qardaş regionlara və onların sakinlərinə hər cür lazımi yardım göstərməyə hazırdır", - Dağıstan rəhbəri qeyd edib.


SON XƏBƏRLƏR

04 Iyun 2025