• Bakı 11° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Dünyanın ən təmiz şəhəri məlum oldu

DÜNYA

05 Dekabr 2025 | 00:49

Dünyanın ən təmiz şəhəri məlum oldu

Polşanın Krakov şəhəri dünyanın ən təmiz şəhəri və səyahətlər üçün ən rahat məkan elan edilib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Radical Storage” adlı tədqiqat şirkəti məlumat yayıb.

Araşdırmaya əsasən, Krakova səfər edən turistlərin 98,5 faizi şəhərin həddindən artıq təmiz olduğunu bildirib.

Siyahıda ikinci yer Birləşmiş Ərəb Əmirliklərindən Şarja (98 faiz), üçüncü yerdə isə Sinqapur şəhər-dövləti (97,9 faiz) qərarlaşıb. Həmçinin Varşava, Doha, Ər-Riyad, Praqa, Maskat, Dubay və Fukuoka kimi şəhərlər də sözügedən siyahıda yer alıb.

Xatırladaq ki, bundan öncə qurum Macarıstanın paytaxtı Budapeşti dünyanın ən çirkli şəhəri olaraq seçmişdi.


SON XƏBƏRLƏR

04 Dekabr 2025