• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu ölkə sərhədini rusiyalı turistlər üçün bağlayır

DÜNYA

29 Sentyabr 2022 | 21:19

Bu ölkə sərhədini rusiyalı turistlər üçün bağlayır

Finlandiya hökuməti bu gün Rusiya vətəndaşlarının turist vizaları, o cümlədən şengen vizası ilə ölkəyə girişini dayandırmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto brifinqdə bildirib.

“Ölkəyə giriş və onun üzərindən tranzit qadağası cümə günü qüvvəyə minir”, - nazir belə deyib. Onun sözlərinə görə, rusiyalıların turist vizaları ləğv olunur. Bundan sonra turist Avropa İttifaqının digər dövlətlərinin sərhədini Finlandiyanın verdiyi viza ilə keçə bilməyəcək.

Eyni zamanda, ölkənin hakimiyyət orqanları iş və təhsil, müalicə, həmçinin yaxın qohumları ziyarət etmək üçün viza almaq imkanını saxlayıb. Diplomatik işçilər və onların ailə üzvləri, eləcə də müxalifət nümayəndələri xüsusi qrupa daxildir (azərtac). Ölkəyə gəlmək istəyən hər kəsin müraciətinə fərdi qaydada baxılacaq.

Finlandiya Aİ-nin yeganə ölkəsi idi ki, Rusiya turistləri onun quru sərhədləri vasitəsilə Şengen zonasının başqa hissəsinə gedə bilirdilər.


SON XƏBƏRLƏR

19 Aprel 2024