• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Paşinyan Toivo Klaarı qəbul etdi

DÜNYA

29 Oktyabr 2022 | 16:33

Paşinyan Toivo Klaarı qəbul etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədindəki fəaliyyətini müzakirə ediblər.

Görüş zamanı regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.

Aİ-nin xüsusi nümayəndəsi və Ermənistan hökumət başçısı regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələləri də müzakirə ediblər. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026