• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Almaniya səfiri İran XİN-ə çağırıldı

DÜNYA

28 Noyabr 2022 | 11:13

Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, səfir Hans Udo Motsel Almaniyada İranda baş verən son hadisələrlə bağlı İnsan Hüquqları Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsünə və Almaniya hakimiyyətinin İrandakı etirazlarla bağlı bəyanatlarını təkrarlamasından sonra İran XİN-ə çağırılıb. Ona İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.

Həmçinin Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin siyasi yanaşmaya əsaslanan yanlış addım olduğu bildirilib. İranın bu qətnamə əsasında hazırlanan hər hansı bir mexanizmlə əməkdaşlıq etməyəcəyi qeyd olunub. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026