• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkə Ukraynaya "F-16"ları göndərməyəcək

DÜNYA

05 Sentyabr 2023 | 12:46

Bu ölkə Ukraynaya "F-16"ları göndərməyəcək

Belçika istifadəyə yararsız olduğu üçün Ukraynaya F-16 təyyarələri göndərməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçika ordusunun maddi resurslar üzrə idarəsinin rəhbəri Leytenant Frédéric Goetynck "De Standaard" nəşrinə bildirib.

Belçikalı rəsmi bildirib ki, bu təyyarələr artıq o qədər uçub ki, onların sistemi artıq köhnəlib. "Ukraynaya özünüz istifadə etmədiyiniz təyyarələri göndərə bilməzsiniz", - o əlavə edib.

Xatırladaq ki, Belçikanın Baş naziri Alexander De Croo artıq fevral ayında Brüsselin Ukraynaya döyüş təyyarələri verməyəcəyini bildirmişdi.

De Kroo bu təyyarələrin milli ordu və NATO üçün zəruriliyini vurğulasa da, ölkənin müdafiə naziri Dedonder F-16-larını "istifadə dövrünün sonunda" olduqları üçün Ukraynaya göndərə bilməyəcəyini söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026