• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Baydenin iti Ağ Evdən qovuldu

DÜNYA

05 Oktyabr 2023 | 09:22

Baydenin iti Ağ Evdən qovuldu

ABŞ prezidenti Cozef Bayden və xanımı Cill Bayden “Komandir” ləqəbli iti heyətə qarşı aqressiv davranışına görə Ağ Evdə saxlamamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, it artıq Amerika liderinin iş iqamətgahından çıxarılıb.

2021-ci ilin dekabrında Ağ Evə gətirilən it ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum edib.

Cill Baydenin mətbuat katibi Elizabet Aleksander bildirib ki, Ağ Ev işçilərinin və onların müdafiəçilərinin təhlükəsizliyi prezident və birinci xanım üçün prioritet məsələdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026