• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Daha bir ölkə İsraildən səfirini geri çağırdı

DÜNYA

03 Noyabr 2023 | 23:55 | Müəllif: Subhan Mahmudov

Daha bir ölkə İsraildən səfirini geri çağırdı

Honduras Qəzza zolağında humanitar qanunları pozduğuna görə İsraildən səfirini geri çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Honduras Xarici İşlər Nazirliyi məlumat verib.

Bundan əvvəl Boliviya İsraillə diplomatik münasibətləri kəsdiyini elan edib, qonşu Kolumbiya və Çili də məsləhətləşmələr üçün İsraildən səfirlərini geri çağırıb.

Qeyd edək ki, İordaniya da İsraildən səfirini geri çağırıb. Noyabrın 2-də Bəhreynin də öz səfirini İsraildən geri çağırmaq qərarına gəldiyi barədə məlumat yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026