• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2,5 mindən çox maşın Rusiya-Gürcüstanda sərhədində gözləyir

DÜNYA

03 Dekabr 2023 | 21:05 | Müəllif: Subhan Mahmudov

2,5 mindən çox maşın Rusiya-Gürcüstanda sərhədində gözləyir

"Yuxarı Lars" keçid məntəqəsində təxminən 2,5 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi"nin saytında məlumat yayılıb

Məlumata görə, “yaşıl zona”da 250 avtomobil dayanıb və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var.

Rusiya tərəfdən Gürcüstana ümumilikdə 2489 yük maşınının daxil olacağı gözlənilir.

Qeyd olunur ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və hava temperaturunun aşağı olması ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib:

"Aparılan təmizlik işləri sayəsində noyabrın 29-u axşam saatlarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub. Qoşqulu avtonəqliyyat vasitələrinin, yarımqoşqulu və oturacaq yeri 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək. Bu hərəkət qaydasına patrul polisi nəzarət edir"./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026