• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İşçi Whatsapp qrupundan çıxarıldı, təzminat aldı

DÜNYA

05 Oktyabr 2023 | 09:47 | Müəllif: Qalib İbrahimoğlu

İşçi Whatsapp qrupundan çıxarıldı, təzminat aldı

Məhkəmə xəstə ikən Whatsapp qrupundan çıxarılan işçinin ayrı-seçkiliyə məruz qalması ilə bağlı işə baxıb və işçinin lehinə qərar çıxarıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İngiltərədə olub.

Məlumata görə, Londonun qərbindəki Hounslow şurasına məxsus obyektlərin idarə edilməsi şirkəti olan “Coalo”da işləyən 60 yaşlı Mark Brosnan belindəki zədə səbəbindən xəstəlik məzuniyyətində olub. Bu zaman "vacib təhlükəsizlik məlumatlarını çatdırmaq" üçün istifadə edilən qrup söhbətindən kənarlaşdırılıb.

Bundan sonra Brpsnan çalışdığı şirkəti bu addımına görə məhkəməyə verib. Məhkəmə şirkətin 130 min funt sterlinq təzminat ödəməsi barədə qərar çıxarıb.

Məşğulluq tribunalı onun söhbətdən kənarlaşdırılması qərarını ədalətsiz hesab edib və İş üzrə hakim Sarah Corc bildirib ki, işçilərin başqaları ilə paylaşılan mesajlardan kənarlaşdırılması "mənfi davranış" yarada bilər.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026