11 yaşlı oğlan cipsiyə görə 2 dostunu güllələyərək xəstəxanalıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə Amerikanın Florida ştatında qeydə alınıb. Futbol məşqindən sonra uşaqlar arasında baş verən hadisə təhlükəsizlik kameralarına da əks olunub.
Görüntülərdə üç uşağın mübahisə etdiyi, daha sonra onlardan birinin anasının maşınına tərəf qaçaraq içəridən silah götürdüyü görünür. Dostuna atəş açan uşağın silahından çıxan güllələr hər iki uşağa dəyib.
Xəstəxanaya çatdırılan uşaqların vəziyyətinin stabil olduğu bildirilib.
Qeyd edək ki, 11 yaşlı oğlan həbs edilib və adam öldürməyə cəhddə ittiham olunur. İstifadə edilən silahın uşağın anasına aid olduğu müəyyənləşdirilib. Silahı uşağın çata biləcəyi təhlükəli bir yerə qoyduğu üçün ananın da günahkar ola biləcəyinə dair iddialar var.
Xəyalə Rza
















