• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tarixi bina çökdü: Ölənlər var

DÜNYA

05 Oktyabr 2023 | 07:17 | Müəllif: Qalib İbrahimoğlu

Tarixi bina çökdü: Ölənlər var

Kubanın paytaxtı Havananın mərkəzində bir müddət əvvəl çatlar olan tarixi bina çöküb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı dağıntılar altında qalan 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bina söküntü işləri aparılan zaman qəfil çöküb.

Dağıntılar altında qaldığı güman edilən bir şəxsi tapmaq üçün itlərdən istifadə olunur.

Kuba Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada binada çatlar əmələ gəldikdən sonra təxliyyənin aparıldığı, lakin çökmə zamanı bəzi insanların dağıntılar altında qaldığı bildirilib.

Uçmuş binanın yaxınlığında yerləşən məktəbin şagirdləri də ehtiyat tədbiri olaraq başqa tədris ocağına göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026