• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkədə abort cinayət sayılacaq 

CƏMİYYƏT

08 Fevral 2024 | 16:01

Bu ölkədə abort cinayət sayılacaq

Argentina prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi “Freedom Comes” koalisiyası ölkədə abortun qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nacion” qəzeti yazıb.

Qanun layihəsində abort “cinayət” kimi müəyyən edilib. Bu, 1921-ci ildə ölkənin cinayət məcəlləsində abort üçün nəzərdə tutulan cəzaların demək olar ki, eynisini ifadə edir.

Abort qadının razılığı ilə həyata keçirilərsə, o, bir ildən dörd ilədək, hamilə qadının razılığı olmadan edilərsə, üç ildən on ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Qanun layihəsi həmçinin “özünü aborta sövq edən və ya başqasının abort etdirməsinə razılıq verən” qadını da cəzalandıracaq. Buna görə həmin qadın üç il müddətinə azadlıqdan məhrum edilə bilər.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026