• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bu səfər Şərqi Zəngəzur yolunun yenidən qurulması işinə Türk Dövlətlərinin qoşulmasına müsbət təsir göstərəcək

SİYASƏT

22 Iyun 2022 | 17:01

Bu səfər Şərqi Zəngəzur yolunun yenidən qurulması işinə Türk Dövlətlərinin qoşulmasına müsbət təsir göstərəcək

“Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş ölkə olan Özbəkistana  rəsmi səfər edibdir. Sözsüz ki, bu səfər ənənəvi bir səfər deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib.

Millət vəkili eyd edib ki, bu möhtərəm Prezidentinin bu səfərini  sadəcə dost və qardaş ölkəyə səfər kimi deyil, eyni zamanda bir  Özbəkistanın Türk Dvlətləri Təşkilatının yeni üzvü kimi, eyni zamanda Qoşulmama Hərəkatının, MDB və İslam Konfransının üzvü  olan ölkə kimi yanaşmalıyıq:

“Bununla bərabər bu səfər son illərdə dünyada və regionda, eləcə də Qafqazda və Orta Asiyada baş verən geosiyasi proseslər fonunda baş verirdi. Bu səfəri siyasi, iqtisadi, humanitar, hərbi-təhlükəsizlik nöqteyi nəzərdən böyük  əhəmiyyəti haqqında kifayət qədər danışmaq olar. Bu həm də möhtərəm Prezidentimizin 44 günlük Vətən mühatibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra ilk dəfə idi ki, baş verirdi. Yer gəlmişkən onu da qeyd edim ki, Özbəkistan  bu Zəfər münasibətilə xalqımızı və Müzəffər Ali Baş Kamandanı təbrik edən ilk ölkələrdən biridir və bu münasibətlə özbək xalqı adından bu dost və qardaş ölkənin hökuməti qarşıdakı təhsil ilində istifadəyə veriləcək məktəb də inşa edir”.

M. İbrahimqızı bildirib ki, məhz buna görə də bu səfər həm tarixi bir səfər kimi tariximizə yazılacaq, həm də əlaqələrimizin və münasibətlərin yeni mərhələsi olacaqdı:

“Belə ki, səfər proqramında müzakirə edilən hər bir məsələ dünyada yeni yaranmış geosiyasi hadisləri fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Bu səfərlə Azərbaycan-Özbəkistan mövcud strateji tərəfəfdaşlıq əlaqələri daha da inkişaf etməyə imkan yaratmaqla bərabər həm də, könül coğrafiyamız olan türk dünyasının inteqrasiyası və güclənməsi üçün də yeni perspektivlər və üfüqlər yaradır. Bütün bu məsələlər hər iki dövlət başçıları səfər proqramı çərçivəsində keçirilən görüşlərdə, eləcə də mətbuat konfrsnsında xüsusi bildirildi. Möhtərəm  cənab Prezident hətta Özbəkistanın Füzulidə inşa etdiyi məktəblə bağlı öz fikirlərini “…bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu, hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq” kimi qiymətləndirdi”.

M. İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Özbəkistan və onun Prezidentinin  torpaqlarıımızın işğaldan azad edilməsi ilə  Azərbaycanı ilk olaraq təbrik edən ölkələrdəndir:

“O, Özbəkistanda Nizami, Fizuli, N.Tusi kimi tükənməz sərvətimiz olan klasdik mütəgəkkirlərə , istərsə də, istər  Ulu Öndər Heydər Əliyevin irsinə və onun sovetlər dönəmində Özbəkistan üçün etdiklərinə xüsusi hörmət göstərfiklərinə və onu qorumalarına görə minnətdarlıq etdilər. Məhz Ölkəmizin ictimaiyyəti də minnətdarlıqla Daşkənddə Heydər Əliyev Meydanının yaradılması və Meydanın mərkəzində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması bizim dostluq və qardaşlığımızın növbəti simvollarından biri kimi dəyərlğndirir”.

Deputat bildirib ki, bu səfər zamanı çox mühüm razılaşmalar imzalandı:

“Bunlardan Hərbi sahədə əməkdaşlıq haqqında sazişi, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmaları  xüsusi qeyd etmək lazımdır.Sözsüz ki bu səfər və onun əhəmiyyəti haqqında çox danışmaq olar. Amma bu səfər çərçivəsində imzalanmış Bəyannamə bu səfərin əhəmiyyətini bir daha sübut edir. Əlbəttə strateji əhəmiyyəti ilə xüsusi fərqlənən belə səfərlər ümidvarıq ki, Mərkəzi Asiyanın digər qardaş Türk dövlətləri arasında da imzalanacaqdır. Son olaraq qeyd etmək istərdim ki, bu səfər XXI əsrdə türk dünyasının qələbə, qardaşlıq və birlik rəmzi kimi qəbul edilən Qarabağ və Şərqi Zəngəz yolunun yenidən qurulması və dirçəldilməsi işində tezliklə Asiyanın Türk Dövlətlərinin qoşulacağına öz müsbət təsirini göstərəcəkdir”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024