İyulun 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikliyə əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib. Qanun bu ilin yanvar ayının 1-dən qüvvədədir.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu səbəbdən iyul ayının çağırışında 30 yaşdan yuxarı müddətli həqiqi xidmətdə olmayan şəxslər əsgərliyə cəlb olunmayacaq.
Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncam əsasən aşağıdakı şəxslər iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar:
- 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan şəxslər
-1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları.