• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

2 min manat və daha çox maaş alan müəllimlərin sayı açıqlanıb

CƏMİYYƏT

10 Iyul 2025 | 11:20

2 min manat və daha çox maaş alan müəllimlərin sayı açıqlanıb

2025–2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı dediyinə görə, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır:

“Bu kateqoriyaya 1399 nəfər daxildir. 11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. Bu qrupa 49 min 757 nəfər daxildir. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 min 492 nəfərdir”.

E. Əmrullayev əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.


SON XƏBƏRLƏR