Futbol üzrə Argentina millisinin dünya çempionatının final oyunundakı məğlubiyyətindən sonra Buenos-Ayres şəhərində iğtişaşlar baş verib.
Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, hadisələr zamanı 15 nəfər saxlanılıb.
İğtişaşlar nəticəsində 7 polis yaralanıb. Telefonların və şəxsi əşyaların oğurlanması halları qeydə alınıb. Bir qrup insan polislərə daş və butulkalar atmağa başlayıb.
Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Bakı 



