Fevralın 20-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Bakıvaxtı.az-a verilən məlumata görə, hərracda tələb 102,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.















