• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Casusluq edən daha bir erməni hərbçi həbs olundu

DÜNYA

28 Iyun 2022 | 12:35

Casusluq edən daha bir erməni hərbçi həbs olundu

Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici kəşfiyyat ilə əməkdaşlıq edən daha bir hərbi qulluqçunu həbs edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən şəxs Ermənistan Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsinin dislokasiyası, hərbi təlim mərkəzinin tərkibi, şəxsi heyət, silah və texnika barədə məlumatlara sahib olub.

Bildirilir ki, həmin şəxs xarici kəşfiyyat tərəfindən “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə əməkdaşlığa cəlb olunub və 4 800 dollar qarşılığında məlumatları qarşı tərəfə ötürüb.

Sözügedən hərbçi dövlətə xəyanətdə ittiham edilərək həbs olunub.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda 50-dən çox erməni hərbçinin dövlətə xəyanətdə ittiham olunduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR