• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ-da meymunçiçəyi həyəcanı

DÜNYA

28 Iyul 2022 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-da meymunçiçəyi həyəcanı

Meymunçiçəyi virusunun sürətlə yayılması təhlükəsi dünyanı təşvişə salıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  ABŞ-ın dərc etdiyi məlumatlar son 24 saatda ölkədə rekord artıma işarə edir. Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri son sutkada ölkədə bu virusa 1,048 yeni yoluxmanın olduğunu təsdiqləyib. Beləliklə, meymunçiçəyinə yoluxma hallarının sayında ABŞ 4639 yoluxma ilə İspaniyanı geridə qoyaraq epidemiyanın yeni mərkəzi oldu.

Məlumatlara görə, indiyədək İspaniyada 3738 yoluxma halı aşkarlanıb. ABŞ-da halların rekord dərəcədə artmasının səbəbinə gəlincə, CDC bunun testlərin sayının artması ilə bağlı ola biləcəyini izah edib.

"Daily Mail"in məlumatına görə, İspaniyada orta hesabla gündə 108 nəfər, ABŞ-da isə 216 nəfər meymunçiçəyinə yoluxur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026