• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Trampın evində AXTARIŞ: 184 gizli sənəd tapıldı

DÜNYA

27 Avqust 2022 | 10:37 | Müəllif: Qalib İbrahimoğlu

Trampın evində AXTARIŞ: 184 gizli sənəd tapıldı

Xəbər verildiyi kimi, ABŞ Ədliyyə Departamentinin əmri ilə eks-prezident Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki əmlakında axtarış aparılıb.

Bakıvaxtı.az-ın məlumatına görə. Trampın evində tapılan 15 qutunun ilkin müayinələrinin təfərrüatlarını əks etdirən sənədlərdə deyilir ki, FTB agentləri 16-18 may 2022-ci il tarixləri arasında Milli Arxivlər və Qeydlər İdarəsinə verilmiş 15 qutunun ilkin müayinəsini həyata keçiriblər. "İndiyə qədər 14-15 qutuya baxış keçirilib, məxfi sənədlər müəyyən edilib.İlkin baxış zamanı 184 məxfi unikal sənəd, 67 özəl, 92 məxfi və 25 tam məxfi sənədlər müəyyən edilib".

Ədliyyə Nazirliyi ifadədə düzəlişlər edilmədiyi halda şahidlər üçün risklərə istinad edərək, düzəlişlərin toxunulmaz saxlanılmasının lazım olduğunu dəstəkləyən bəyanat paylaşıb. Nazirlik bəyan edib ki, "məlumatları ifadəyə daxil edilmiş çoxsaylı mülki şahidləri” qorumaq üçün vəsatətin təfərrüatlarını ictimaiyyətdən gizlətmək lazımdır.

Bəyanatda şahidlərin şəxsiyyətlərinin mühafizəsinin lazım olduğu qeyd olunub. Bildirilib ki, şahidlərin şəxsiyyətləri üzə çıxarsa, qisas, hədə-qorxu və ya təqib, hətta fiziki təhlükəsizliyinə təhdid kimi zərərlərə məruz qala bilərlər: "Məhkəmənin daha əvvəl də qeyd etdiyi kimi, bu işdə bu narahatlıqlar hipotetik deyil”.

Hesabatda istintaqa cəlb olunan FTB agentlərinin “zorakılıq təhdidləri” aldıqları da bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR