• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naziri oğurlamaq istəyənlər HƏBS EDİLDİ

DÜNYA

26 Sentyabr 2022 | 09:07

Naziri oğurlamaq istəyənlər HƏBS EDİLDİ

Hollandiya polisi Belçikanın ədliyyə naziri Vinsent Van Kukkenbornu oğurlamaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bekçikalı naziri qaçırmağı planlaşdırdığı iddia edilən dörd Hollandiya vətəndaşı polis tərəfindən yaxalanıb. 

Van Kukkenborna qarşı təhlükənin nə olduğu barədə rəsmi açıqlama verilməsə də, Belçika mətbuatı narkotik dəstəsinin naziri qaçırmağı planlaşdırdığını iddia edib. 

Belçika polisi şübhəlilərin Hollandiyadan ekstradisiya edilməsi üçün işə başlayıb. Bununla yanaşı, nazirin evinin qarşısındakı avtomobildə Kalaşnikov avtomatı, odlu silah və iki şüşə benzin aşkar edilib. 

Şəxslər barəsində  cinayət işi açılıb. Araşdırma aparılır. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR