• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almaniya tualet kağızı qıtlığı yaşaya bilər

DÜNYA

28 Iyul 2022 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

Almaniya tualet kağızı qıtlığı yaşaya bilər

Rusiyanın təbii qaz tədarükü azalarsa, Almaniya yaxşın günlərdə tualet kağızı və karton kimi əsas tələbat malları qıtlığı ilə üzləşə bilər.

Bakıvaxtı.az-ın Almaniya mətbuatına istinadən xəbərinə görə, Bavariya Kağız Assosiasiyaları İdarə Heyətinin sədri Yurgen Şaller bildirib ki, qaz çatışmazlığı səbəbindən aşağı gücdə istehsal etməli olsalar, fəaliyyət göstərən kağız fabriklərin heç bir xeyir verməyəcək.

Kağız istehsalının çox su, elektrik və qaz tələb etdiyini bildirən Şaller texnologiyanın sınaqdan keçirildiyini və tez dəyişdirilə bilməyəcəyini bildirib. “Şirkətdəki işçilər çox narahatdır. Mən onları günahlandıra bilmərəm. Çünki cəmi 50 və ya 60 faiz istehsal edə bilsək, proses bizim xeyrimizə olmayacaq. Düzünü desəm, mən də narahatam”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026