• Bakı 18° C

    2.36 m/s

Cəlilabadda 4 hektar ərazi yandı

HADİSƏ

30 Avqust 2022 | 22:58 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda 4 hektar ərazi yandı

Cəlilabad rayonunda yanğın olub.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, yanğın Uzuntəpə kəndinin kənarında, Mahmudçala adlanan bataqlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 4 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da həmin yerdə daha bir yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026