• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Elnarə Zamanova HƏBS EDİLDİ

HADİSƏ

29 Sentyabr 2022 | 16:16

Elnarə Zamanova HƏBS EDİLDİ

Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən 50 yaşlı Elnarə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, Elnarə Zamanova 8 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.


SON XƏBƏRLƏR

23 Aprel 2024