• Bakı 32° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Kürdəmirdə avtomobil qəzası - xəsarət alanlar var

HADİSƏ

29 Sentyabr 2022 | 19:06

Kürdəmirdə avtomobil qəzası - xəsarət alanlar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Əhmədzadə Rəşad Nizami oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazlrda faktla bağlı araşdırma aparılır.(Report)


SON XƏBƏRLƏR

11 Iyul 2025