• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəlilabadda tələbə qızılcadan VƏFAT ETDİ - YENİLƏNİB

CƏMİYYƏT

04 Yanvar 2024 | 18:32 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda tələbə qızılcadan VƏFAT ETDİ - YENİLƏNİB

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib.

Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.

***

17:10

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026