• Bakı 16° C

    2.25 m/s

Cənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artır

DÜNYA

01 Noyabr 2022 | 16:44 | Müəllif: Qalib İbrahimoğlu

Cənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artır

Cənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki. İtaevon bölgəsində baş verən hadisədən sonra açıqlama verən polis rəisi Yoon Hee-keun həyatını itirən 156 nəfərdən 26-nın xarici ölkə vətəndaşı olduğunu bildirib. Açıqlamada onların İran, Çin, Rusiya, Yaponiya, ABŞ, Fransa, Avstraliya, Vyetnam, Özbəkistan, Norveç, Qazaxıstan, Şri-Lanka, Tailand və Avstriya vətəndaşları olduqları qeyd edilib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol milli matəm elan edərək, izdihamda həyatını itirənlər üçün yaradılan yerə baş çəkib, gül dəstələri qoyub. Digər tərəfdən, həyatını itirən əcnəbi vətəndaşların ailələrinin "rahatlıqla ölkəyə daxil ola bilməsi" üçün İncheon Beynəlxalq Hava Limanına gəliş vizasının verilməsi planlaşdırılır.

Polis rəisi Yoon Hee-keun izdihamda baş verən fəlakətə görə "ağır məsuliyyət" hiss etdiklərini və hadisənin necə baş verdiyi ilə bağlı araşdırma aparılacağını açıqlayıb. Polis rəisi  mətbuata açıqlamasında bildirib ki, Cənubi Koreyanın son səkkiz ilin ən ölümcül fəlakəti adlandırdığı hadisədə əksəriyyəti 20 yaşlarında olan 156 nəfər ölüb, 30 nəfər isə ağır yaralanıb.

Seul meri Oh Se-hoon bu gün mətbuata açıqlamasında izdiham üçün üzr istəyərkən göz yaşlarına boğulub.

Yerli media hadisə zamanı 100 mindən çox insanın küçələrdə olduğunu bildirib.

Aytac Aslan


Cənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artırCənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artırCənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artırCənubi Koreyada izdiham nəticəsində ölənlərin sayı artır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026