• Bakı 28° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

"Ustanın corabları" gündəm oldu! 7 milyona satılır...

DÜNYA

01 Dekabr 2022 | 14:51

Ustanın corabları gündəm oldu! 7 milyona satılır...

Avtomobil alanların kabusuna çevrilən son fırıldaq nümunəsi sosial mediada fırtına yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyədə təxminən 7 milyon TL-yə satılan avtomobili araşdıran qiymətləndirici gördüklərinə inanmayıb. Belə ki, ultra lüks avtomobilini ekspertizadan keçirən vətəndaş həyatının şokunu yaşayıb.

Vətəndaş ekspertizada maşının müəyyən hissələrinin rəngləndiyini və dəyişdirildiyini öyrənib. Avtomobilin 3 fərqli vasitədən birləşdirildiyi ortaya çıxıb.

Qaynaq yerlərinin birindən tapılan corabı göstərən eskpert “Ağamın itmiş corabını da tapdıq, ustadım, corabın etibarlı əllərdədir” deyib.

Sosial mediada sürətlə yayılan video gündəm yaradıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

07 Iyul 2025