• Bakı 19° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Mauna Loa püskürdü - 38 ildən sonra

DÜNYA

01 Dekabr 2022 | 11:04

Mauna Loa püskürdü - 38 ildən sonra

ABŞ-ın Havay ştatında yerləşən dünyanın ən böyük aktiv vulkanı Mauna Loa 38 ildən sonra püskürüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, minlərlə insan bu anları əbədiləşdirmək üçün fotolar çəkdirib.

"Guardian"da yer alan xəbərə görə, tibb bacısı Anne Andersen yolun tezliklə bağlanacağından qorxduğu üçün gecə növbəsini tez tərk etdiyini və bu mənzərəni qaçırmaq istəmədiyini bildirib.

Kaliforniyada bu anları görməyə gələn Qordon Braun deyib: "Biz sadəcə gəlib bunu mümkün qədər yaxından görmək istədik, o qədər parlaqdır ki, ağlımı başından alır".

"BBC"nin xəbərinə görə isə, digər vulkanlardan fərqli olaraq Mauna Loa çox güclü püskürməyib. Əvəzində lava vulkanının kənarından çox yavaş axır. Lava axınının təhlükə yaratmadığı hesab edilir.

Aytac Aslan


SON XƏBƏRLƏR

17 Aprel 2024