• Bakı 19° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Cəzası bağışlanan məhkumlarla bağlı AÇIQLAMA

CƏMİYYƏT

11 Mart 2022 | 11:24 | Müəllif: Qalib İbrahimoğlu

Cəzası bağışlanan məhkumlarla bağlı AÇIQLAMA

“1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, imzalanmış 32 əfv fərmanı ilə 3.100-dən çox məhkum bağışlanıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Amnistiyanın yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, son 18 ildə 35 əfv sərəncamı imzalanıb, 5.672 nəfərə tətbiq olunub: “Respublikamızın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 amnistiya aktı 40.412 insana şamil olunub ki, bu da cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib. Vətən müharibəsində Böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 05.11.2021-ci il qəbul edilmiş Zəfər günü münasibətilə amnistiya aktı da cənab İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olub".

Onun sözlərinə görə, amnistiyanın icrası 4 ay müəyyən edilib. Martın 5-də onun icrası artıq başa çatıb: "Bununla əlaqədar ötən müddətndə nazirlikdə Amnistiya qərarı üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə cənab nazir Fikrət Məmmədov tərəfindən 5 noyabr tarixli əmr imzalanmış və amnistiya aktının dürüst və mütəşəkkil icrası təmin edilib”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026