• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Los-Ancelesdə güclü MEŞƏ YANĞINI

DÜNYA

12 Oktyabr 2026 | 08:52 | Müəllif: Əli Hüseynov

Los-Ancelesdə güclü MEŞƏ YANĞINI

ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərinin yaxınlığında təbii yanğın başlayıb. Bir neçə yaşayış ərazisindən sakinlərin təxliyəsi elan edilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının rəsmi saytında məlumat yayımlanıb.

    Bildirilib ki, oktyabrın 11-də Los-Ancelesin şimalında yerləşən Santa-Klarita şəhəri yaxınlığında başlayan yanğın “Bike” adlandırılıb.

    Son məlumatlara görə, alovun əhatə etdiyi ərazi 69 hektarı ötüb. Yanğının hələlik yalnız 12 faizini nəzarət altına almaq mümkün olub.

    Hakimiyyət orqanları səkkiz zonada təxliyə elan edib. Yanğından zərər çəkən sakinlərin yerləşdirilməsi üçün vahid müvəqqəti sığınacaq təşkil olunub.

    Xatırladaq ki, 2025-ci ilin yanvarında Los-Anceles dairəsində baş verən bir neçə genişmiqyaslı meşə yanğını nəticəsində 30-dan çox insan həyatını itirib.

    Həmin yanğınlar zamanı 15 mindən artıq tikili, o cümlədən bir sıra məşhurlara məxsus daşınmaz əmlak məhv olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Oktyabr 2026