• Bakı 22° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Çində mədəndə partlayış - Ölənlər və itkin düşənlər var

DÜNYA

23 May 2026 | 08:42

Çində mədəndə partlayış - Ölənlər və itkin düşənlər var

Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb.

Məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. Qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR

22 May 2026