• Bakı 24° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Tanınmış coğrafiyaşünas VƏFAT ETDİ

DÜNYA

22 Iyun 2026 | 09:46

Tanınmış coğrafiyaşünas VƏFAT ETDİ

Fransanın tanınmış coğrafiyaşünası və geopolitika üzrə aparıcı nəzəriyyəçilərindən biri olan İv Lakost 96 yaşında vəfat edib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, O, Fransa geopolitika məktəbinin banilərindən biri hesab olunurdu. Lakost coğrafiya elminə yeni yanaşma gətirərək onu siyasi güc və münaqişələrin təhlili üçün vacib vasitə kimi təqdim edib.

Alimin ən məşhur əsəri olan “Coğrafiya ilk növbədə müharibə aparmaq üçün lazımdır” kitabı dünyada geniş rezonans doğurub. O, 1976-cı ildə geopolitika üzrə nüfuzlu «Hérodote» jurnalını təsis edib.

Lakost uzun illər ərzində universitetlərdə dərs deyərək, yüzlərlə tədqiqatçının yetişməsinə töhfə verib. Onun araşdırmaları ərazi mübahisələri, sərhədlər və beynəlxalq münasibətlər sahəsində geniş istifadə olunub. Alimin vəfatı Fransa akademik cameəsində böyük kədər hissi ilə qarşılanıb. İv Lakostenin elmi irsi geopolitika sahəsində gələcək nəsillər üçün mühüm mənbə olaraq qalacaq.

Aydın 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026