İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Ərakçi X hesabında paylaşım edib.
“Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”, - nazir vurğulayıb.
Bakı 



