• Bakı 24° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Kolumbiyada Trampın dəstəklədiyi namizəd qalib gəldi

DÜNYA

22 Iyun 2026 | 08:43

Kolumbiyada Trampın dəstəklədiyi namizəd qalib gəldi

Kolumbiyada ABŞ prezidenti Donald Trampın dəstəklədiyi sağçı namizəd Abelardo de la Espriellanın prezident seçkilərində qalib gəldiyi açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Milli Vətəndaşlıq Vəziyyəti Aktları Qeydiyyatının qeyri-rəsmi nəticələrinə görə, bülletenlərin 99,91%-i sayılıb.

Prezident seçkilərinin ikinci turunda Vətən Müdafiəçiləri Hərəkatının sağçı namizədi Espriella səslərin 49,65%-ni, hakim Tarixi Pakt Alyansının solçu namizədi İvan Cepeda isə 48,70%-ni toplayıb.

Qeyri-rəsmi nəticələrə görə, iki namizəd arasındakı fərq 0,30%, səs fərqi isə 246.355 olub.

Trampdan "tam və qeyd-şərtsiz" dəstək alan Esbriella Milli Vətəndaşlıq Qeydiyyatının nəticələrinə görə seçkilərdə qalib gəlib.

Karib dənizindəki Barranquilla şəhərində seçkilərin nəticələrini izləyən Abelardo de la Espriella, ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında verdiyi açıqlamada qələbəsini elan edib.

Espriella silah kölgəsi altındakı təzyiqlərə, səsləri almaq cəhdlərinə, ənənəvi partiyalara, korrupsiyaya və partizanlara qarşı qalib gəldikləırini burğulayıb:

"Qalib Kolumbiyadır".

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026