• Bakı 22° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Sobyaninin ad günündə Telegram kanalı sındırıldı

DÜNYA

22 Iyun 2026 | 10:27

Sobyaninin ad günündə Telegram kanalı sındırıldı

Dünən axşam Moskva meri Sergey Sobyaninin şəxsi Telegram kanalı haker hücumuna məruz qalıb.

Bakıvaxtı.az Rusiya Telegram kanallarına istinadən xəbər verir ki, haker hücumundan sonra kanalda Rusiya paytaxtının yanacağı iddia edilən mesajlar yayılıb. Hadisə saat 22:00 radələrində baş verib. Daha sonra yayım kanalı "Moskva yanacaq", "Slava Ukraine" və hətta Ukrayna ordusu üçün ianə toplama kampaniyası da daxil olmaqla onlarla eyni mesajla dolub.

Bir qədər sonra kanal bərpa edilib, Ukraynayönümlü şüarlar silinib.

Qeyd etmək lazımdır ki, haker hücumu Sobyaninin ad günündə baş verib - o, bazar günü 68 yaşına çatıb.

Haker hücumuna məruz qalan merin "Sergey Sobyanin. Şəxsi Bloq" adlı ikinci Telegram kanalı olub. Bu kanal adətən yalnız veb saytdakı materialların elanlarını dərc edir. Merin əsas şəhər kanalı ("Moskva meri. Sergey Sobyanin") şəhərlə bağlı təcili xəbərləri dərc edir və ona heç nə olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026