• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rus ordusu daha bir gəmini vurdu - Ölən var

DÜNYA

22 Iyun 2026 | 10:41 | Müəllif: Əli Hüseynov

Rus ordusu daha bir gəmini vurdu - Ölən var

Rusiya ordusu Qara dənizdə Ukrayna limanlarına doğru hərəkət edən iki xarici mülki ticarət gəmisinə dron zərbəsi endirib, nəticədə bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “UNIAN“ Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, PUA-lardan biri Panama bayrağı altında üzən, Türkiyəyə məxsus “VICTRESS” quru yük gəmisini hədəf alıb. Zərbə nəticəsində gəmidə güclü yanğın baş verib.

    Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərlik heyət olub. Ukrayna Hərbi Dəniz Qüvvələrinin katerləri heyətin təxliyəsini həyata keçirib.

    Ukrayna Baş nazirinin müavini və icmaların inkişafı naziri Oleksiy Kuleba bildirib ki, hücum nəticəsində gəminin 58 yaşlı misirli aşpazı ölüb.

    “Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla səkkiz dənizçi təxliyə edilib. Gəmi ciddi zədələnib və dənizdə hərəkət qabiliyyətini itirib”, – Kuleba qeyd edib.

    Həmin gecə Palau və Beliz bayraqları altında üzən digər ticarət gəmisinə də zərbə endirildiyi bildirilir. Bu gəmidə xəsarət alan olmayıb, gəmi zədələnsə də, hərəkətini davam etdirə bilib.

    Ukrayna hadisənin beynəlxalq dəniz hüququnun pozulması və mülki gəmiçiliyə təhlükə yaratdığını bəyan edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026