• Bakı 27° C

    12.82 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Cüneyt Çakır Bakıya gəlir

İDMAN

26 Noyabr 2024 | 11:39

Cüneyt Çakır Bakıya gəlir

Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026