İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində voleybol matçında azarkeşlər təyyarə qəzası ilə əlaqədar “Başın sağ olsun, Azərbaycan!” ismarışı veriblər.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Bildirilib ki, Güney Azərbaycanın Urmiya şəhər bələdiyyəsinin voleybol komandasının azarkeşləri bununla Azərbaycan xalqının yanında olduğunu nümayiş etdiriblər.