Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 05:00-da Yeni Zelandiya Misir ilə qarşılaşacaq.
***
00:36
2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika və İran milliləri qarşılaşır.
Bakıvaxtı.az xəbər verir ki, G qrupunun 2-ci turu çərçivəsində keçirilən görüşdə İran millisi meydanda 10 nəfər qalıb.
Nathan Ngoy 67-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
***
00:14
Futbol üzrə dünya çempionatının Belçika - İran oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Dario Errera idarə edir.
***
23:56
Futbol üzrə dünya çempionatının Belçika - İran oyununda ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Dario Errera idarə edir.
***
23:05
Futbol üzrə dünya çempionatının Belçika - İran oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, G qrupunun II turunun matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Dario Errera idarə edir.
















