“Hesablama Palatasına iki təklif vermək istəyirəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclasında Siyavuş Novruzov Hesablama Palatasının illik hesabatına münasibət bildirərkən deyib.
Onun spzlərinə görə, təkliflərindən biri odur ki, vergi, gömrük və digər sahələrdə edilən cərimələrdən tutulan fazilərin necə sərf olunması araşdırılsın.
“Dövlət başçısı Prezident Fondundan rayonların sosial-iqtisadi inkişafı üçün vəsait ayırır. Hesablama Palatası müvafiq icra hakimiyyətlərini bu vəsaiti necə xərclənməsinə nəzarət etsin və araşdırsın. Biz də parlamentdə bu məsələləri müzakirə edib, münasibətimizi bildirək”, - deyə S.Novruzov qeyd edib.
Ramid İbrahimov












jpg-1685000391.webp)


