• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Türk Evi" binasına hücum pislənildi

CƏMİYYƏT

25 May 2023 | 11:48

"Türk Evi" binasına hücum pislənildi

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib

Bakıvaxtı.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi, Nyu York Baş Konsulluğu və ŞKTC-nin Nyu York nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nə hücumu pisləyib.

Nazir Ərtoğruloğlu yazılı açıqlamasında “Türk Evi binasına edilən alçaq hücumu şiddətlə qınayıram. Amerika Birləşmiş Ştatları hücumun səbəbkarlarını dərhal müəyyən etməli və onları məsuliyyətə cəlb etməlidir”, - deyə bildirib.

Qeyd edək ki, həmin binada ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərində səsverməsi təşkil edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026