• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Bu səlahiyyət icra hakimiyyətinə verilməməlidir” - Deputat

CƏMİYYƏT

24 Iyun 2023 | 11:19

"Bu səlahiyyət icra hakimiyyətinə verilməməlidir” - Deputat

“İstehsalat və məişət tullantıları haqqında” qanunun 14.1-ci bəndinə dəyişiklik edilməsini təklif edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

“Qanunun sözügedən maddəsinə dəyişiklik edilməlidir. Ödənişlərin məbləği və növü qanunla müəyyən edilməlidir. Bu səlahiyyət icra hakimiyyətinə verilməməlidir”, -deyə Q.Həsənquliyev bildirib.

Həmkarının təkliflərinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov cavab verib.

“Digər qanunlarda da cərimələrin məbləği və növü müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir”, -deyə deputat S.Qurbanov bildirib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026