• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycanda baş redaktor HƏBS EDİLDİ - FOTO

CƏMİYYƏT

25 May 2023 | 11:38

Azərbaycanda baş redaktor HƏBS EDİLDİ - FOTO

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Taryel Abdullayev dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.

İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.


Azərbaycanda baş redaktor HƏBS EDİLDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026