Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşə bilərlər.
Son zamanlar Brüssel və Moskvanın moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin mütəmadi görüşlərini müşahidə edirik.
Bu ilin mayı ərzində Azərbaycan və Ermənistan rəhbərləri ikinci ikinci dəfə görüeşəcəklər. Onların bu ay birinci görüşü Brüselldə olmuşdu.
Moskva görüşü ilə bağlı gözlənti nədir?
“Bu günə kimi Rusiyanın bölgəyə sülhün və barışığın gəlməsində heç bir xidməti olmayıb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Rusiya indiyə kimi elə davranıb, onun gələcək addımları ilə bağlı pozitiv bir şey demək çətindir: “Rusiya özünü bölgədə jandarma kimi aparır. Bu günə kimi bölgədə qarşıdurmaların və müharibələrin başlamasında Rusiyanın qızışdırıcı mövqeyini görmüşük.
10 noyabr bəyanatının həyata keçirilməsinə qarant kimi Rusiya dayanmışdı. Həmin üç tərəfli bəyanata əsasən ərazilərimizdən erməni işğalçıları çıxarılmalı idi. Amma Rusiya bu prosesə əngəl yaratdı. Hətta onları silahla təmin etdi”.
Politoloq bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesilə bağlı əvvəlki görüşlərdə Rusiya qəribə plan irəli sürüb: “Moskva Qarabağ məsələsinin sonrakı dövrə saxlanılmasını şərt kimi irəli sürməklə sərsəm fikirlər səsləndirib. Moskvada keçirilən görüşə ehtiyatla yanaşıram”.
Q.Hüseynli bildirib ki, Brüssel görüşündə irəliləyişlər əldə edilib: “Bu görüşdə səmimiyyət var. Hər iki tərəfin də Brüssel prosesinə ehtiyacı var desəm yanılmaram.
Rusiya sülh danışıqlarından öz strateji maraqlarını yerinə yetirmək və Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək üçün istifadə etmək üçün çalışır. Moskva görüşündə delmitasiya və kommunikasya məsələləri müzakirə edilə bilər. Bu məsələlərdə Rusiyanın mövqeyi haqqında birmənalı fikirlər söyləmək çox çətindir”.
Ramid İbrahimov




jpg-1687593725.webp)

JPG-1687593322.webp)



jpg-1687592423.webp)





